"Bilik Günü"

Bu il 15 sentyabr "Bilik Günü"ndə məktəbimizin 236 nəfər birinci sinif şagirdi üçün ilk zəng çalındı. Şagird adını qazanmış birincilərin və onlardan heç də az həyəcanlı olmayan sinif müəllimlərinin qayğılı günlərinə start verildi. Ömür boyu hafizələrə yazılacaq ilk dərs saatını hər müəllim özünəməxsus peşəkarlıqla tədris etdi.