Metodbirləşmə iclası keçirildi

Bu gün ibtidai siniflərdə yeni - 2018-2019-cu dərs ilinin ilk metodbirləşmə iclası keçirildi. İclasda metodbirləşmə rəhbəri Sona Əliyeva 25 nəfər metodbirləşmə üzvünə bir gün öncə BŞTİ və Təhsilə Dəstək Mərkəzinin metodistləri Könül Hüseynova və Roza Rüstəmova tərəfindən verilən tövsiyyələri çatdıraraq, müəllimlərə işlərində uğurlar arzuladı. Daha sonra müəllimlərin illik (perspektiv), gündəlik (cari) iş planları, müvəqqəti sinif jurnalları yoxlanılaraq təsdiqləndi.