Texniki və humanitar təmayüllü
Sentyabrın 7-də 162 nömrəli məktəbdə yeni tədris ilinin ilk direktoryanı müşavirəsi keçirildi. Müşavirədə ümumi orta təhsil müddətində seçdikləri istiqamətə daxil olan fənnlər üzrə yaxşı nəticələr göstərən, imtahan qiymətləri yaxşı olan, eyni zamanda barəsində fənn müəllimlərinin rəyi müsbət olan şagirdlərın təmayül siniflərinə qəbul olunması məsələsi müzakirə olundu. İclasda iştirak edən valideynlər və şagirdlərə yeni komplektləşdirilmiş texniki və humanitar təmayüllü siniflərdə növbəti tədris ilində dərs deyəcək müəllimlər təqdim olundu. Eyni zamanda, təmayül siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, məktəb, valideyn və şagird üçbucağının səmərəli fəaliyyətinin təşkil olunması məsələsinə toxunuldu. Sonda müşavirədə qəbul olunmuş qərarların növbəti Pedaqoji Şurada təsdiq olnması yekdilliklə qəbul olundu.