Nümunəvi attestata layıq görülmüşdür

162 saylı məktəbin məzunu Sadıxova Zeynəb Zülfi qızı təhsildə qazandığı uğurlara görə Təhsil Nazirliyinin 16.08.2018-ci il tarixli F-262 əmri ilə gümüş medal və nümunəvi attestata layıq görülmüşdür. İstedadlı şagirdimiz Zeynəb qəbul imtahanlarından müvəffəqiyyətlə keçərək, BDU-nin biologiya fakultəsinə qəbul olunaraq tələbə adını qazanmışdır. Zeynəbi qazandığı nailiyyət münasibəti ilə təbrik edirik!