Azərbaycan Milli Elmlər Akademiyası

Məktəbimizin may ayının ilk həftəsində yaz tətilinə çıxan ibtidai sinif şagirdləri öz vaxtlarını layiqincə dəyərləndirməyə çalışırlar. Müəllim İradə Hüseynovanın təşəbbüsü ilə rus bölməsinin 3 "R" sinif şagirdləri öz valideynləri ilə birlikdə Mərdəkanda yerləşən Botanika bağında ekskursiyada olmuşlar. Uşaqlar bağda son illər ərzində görülən yenidənqurma, abadlaşdırma işləri ilə, dünyanın müxtəlif ölkələrindən gətirilmiş 700-ə yaxın yeni bitki növləri ilə tanış olmuşlar. Həmçinin ekskursiyaçılara məlumat verilmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərdəkandakı Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, 162 saylı məktəbin binası da 100 il əvvəl M.Muxtarov tərəfindən tikilmişdir.