8 "ç" sinfində

Məktəb rəhbərliyi tərəfindən ilboyu ən zəif nəticə göstərmiş siniflərdə ayrı- ayrı fənnlərin tədrisinin keyfiyyətinin yoxlanılması prosesi davam edir. Bu dəfə son illərdə məktəbdə nizam-intizam qaydalarını pozan, dərslərə laqeyd münasibət bəsləyən şagirdlərin üstünlük təşkil etdiyi 8 "ç" sinfində Azərbaycan dili fənnindən direktoryanı yoxlama yazı işi yazdırıldı. Şagirdlər 45 dəqiqə ərzində verilmiş mətnə əsasən 10 sualı cavablandırdılar.