“Qızıl açar və ya Buratinonun sərgüzəştləri”

Məktəbdə "Oxu həftəsi"nə həsr olunmuş silsilə tədbirlər davam edir. Rus bölməsinin 3 "R" sinfinin şagirdləri sinif müəllimi İradə Hüseynovanın rəhbərliyi ilə rus uşaq ədəbiyyatının incilərindən biri olan Aleksey Tolstoyun “Qızıl açar və ya Buratinonun sərgüzəştləri” nağılını sinifdənxaric oxu materialı kimi mütaliə edərək səhnələşdirmişlər. Balaca aktyorların həvəslə ifa etdikləri köhnə kətan üzərində çəkilmiş ocaq və Qızıl açar haqqında rəvayət böyük marağa səbəb olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, 3 "R" sinfinin şagirdləri məktəb kitabxanasının fəal istifadəçiləri və aktiv mütaliəçidirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi