"Çiçəklənən Azərbaycan"

Bu gün Səbail rayonu Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə keçirilən gənc rəssamların "Müstəqilliyimiz əbədidir!" mövzusunda rəsm müsabiqəsində məktəbimizin 10 "R" sinif şagirdi Aida Çələbilinin ayrılan 90 dəqiqə ərzində "Çiçəklənən Azərbaycan" mövzusunda yağlı boya ilə çəkdiyi rəsm əsəri 2-ci yerə layiq görülmüşdür. Qeyd edək ki, bu mükafat gənc rəssamın ilk uğuru deyil. Belə ki, indiyə qədər A. Çələbilinin rəsmləri iki rəsm sərgisində nümayiş olunmuşdur.