Narkomaniyaya "Yox" deyək !

     14 noyabr 2022-ci il tarixində məktəbimizdə "Narkomaniyaya Yox deyək!" adlı tədbir keçirildi. Tədbirdə müasir dövrdə cəmiyyətin ən böyük bəlasına çevrilən Narkomaniya haqqında şagirdlərə məlumat verildi.  Müasir dünyada narkomaniya ona qarşı yeni mübarizə üsullarının yaranmasından daha sürətlə yayılır. Buna görə də bu bəla ilə sistematik profilaktik mübarizə aparılması çox vacibdir.
  Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev demişdir: “Coğrafi mövqeyindən, ictimai-iqtisadi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq, elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Məlumdur ki, narkomaniya və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir”. 
  Göründüyü kimi, bütün hallarda narkomaniya və narkobiznes təhlükəli cinayətlərdir. Odur ki, buna qarşı ümummilli mübarizə mütləq lazımdır. Bu mübarizə həyatımızı, gələcəyimizi, sərvətimizi, sağlamlığımızı, dövlətçiliyimizi qorumağa xidmət edir.  Şagirdlərin verdikləri suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi