Zəfərin mübarək, Vətən!

Etibar Əliyev adına 162 saylı orta məktəbdə Zəfər günü ilə bağlı "Zəfərin mübarək, Vətən!" adlı təntənəli tədbir keçirilib. Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, Səbail rayonunun deputatı Nigar Arpadarai, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Aztv -nin əməkdaşları Ətaya Ələmdarqızı, Savalan Talıblı, şəhid və qazi ailələri də iştirak edib.Tədbirdə məktəbin direktoru Arzu Nəzərova tədbir iştirakçılarını salamlayaraq ölkəmizin igid oğullarının şücaətindən, Ali Baş Komandanın başçılığı ilə qəhrəmancasına döyüşərək öz qanları bahasına bu qələbəni bizə qazandıran cəsur şəxsiyyətlərimizdən söhbət açıb.
Tədbirdə STEAM sərgisi də öz yerini tutmuşdur.Sərgidə şagirdlərin Vətən mövzusunda əl işləri, proqramlaşdırma, 3D cad dizayn və print, robotexnika ,dron ,Lazer CNC işləri nümaiş olunmuşdur. Çıxış edən qonaqlar Zəfər gününün mahiyyətindən danışaraq şagirdlərə maraqlı məqamları açıqlayıblar. Eyni zamanda, 1-ci sinif şagirdləri və digər şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. Şəhidlərin xatirəsi böyük ehtiramlıa yad edilib, onların heç vaxt unudulmayacağı vurğulanıb.
https://www.youtube.com/watch?v=Lcba6pWqBbo
https://atributinfo.az/siyaset/27034-nsan-oz-domasnn-ovladnn-ad-gunund-bu-qdr-sevinmir-musahb.html
https://tehsil.biz/news/az/49791/hid-Etibar-liyevin-mktbind-Zfr-Gn-qeyd-edilib-FOTO