18 Oktyabr-Müstəqilliyin Bərpası Günü

    Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. 18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür.Bu gün Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biridir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, dünyanın bir çox dövlətlərilə hərtərəfli mədəni əlaqələr ölkəni regionun aparıcı dövlətlərindən biri kimi tanıdıb.

   Şəlalə İsmiyeva bugünkü Azərbaycan dili dersini Müstəqilliyin Bərpası Gününə həsr etdi. Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etdikdən sonra şagirdlərə bu günün tarixi haqqında geniş məlumat verdi. Daha sonra şagirdlərinin hazırladıqları təqdimatlar dinlənildi.

   Müstəqilliyin əbədi olsun, Azərbaycan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi