5 oktyabr - Beynəlxalq Müəllimlər Günü

Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərova Aslan qızı 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Səbail YAP təşkilatı tərəfindən "Fəxri fərman" la təltif etmişdir.
Prezident İlham Əliyevin təhsilimizin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərdiyi xüsusi qayğının nəticəsidir ki, Azərbaycanda müəllimlərin nüfuzu ilbəil artır, güzəranı getdikcə yaxşılaşır. Bu gün təhsilin dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilməsi, Azərbaycan təhsil sisteminin ümumbəşəri dəyərlər, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılması təhsilə, məktəbə, müəllimə verilən ali dəyərin göstəricisidir.
Şagirdlərimizin işıqlı gələcəyi naminə fədakar əməyinə görə Arzu müəllimi kollektiv adından təbrik edir, şərəfli və məsuliyyətli peşəsində uğurlar arzulayırıq.