Onlayn təşkilat saatları davam edir - Mövzu: Azərbaycanın incisi, Qarabağın mirvarisi Şuşa

  Azərbaycanın dilbər güşələrindən olan Şuşa haqqında çox yazılıb,  Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı,  vüqarlı dağlarının əzəmətindən söz açılıb. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə , ədəbiyyatımıza , incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa  Şərqlilrə məxsus arxitekturası ilə də fərqlənir.  Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

1992-ci il mayın 8-də Ermənistanın silahlı ordusunun hücumları nəticəsində  Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu, 24.900 əhalisi olan Şuşa işğal olundu. Yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil oldu. İşğal nəticəsində Şuşadakı bir sıra mədəniyyət abidələri düşmən tərəfindən talan , tarixi abidələr məhv edildi.  Məktəbin müəllimləri Bilurə Tağıyeva, Mədinə Səfərova, Sona Əliyeva, Rəna İbişova,Mədinə Səfərova, Leyla Bağırova, Elnarə Məmmədova, Gülyanaq Dadaşova,Aygün Abbasova , Səbinə Rəşidova  şagirdləri ilə birlikdə onlayn təşkilat saatı keçirdib. Şagirdlər şeirlər söyləyib, mahnılar oxuyub, güc birlikdədir söyləyiblər.Müəllimlər şagirdlərinə məlumat veriblər ki, Aprel döyüşləri, qüdrətlənən ordusunun şücaəti göstərir ki, Lələtəpədə düşmən gözünə ox olan bayrağımızın Şuşada da dalğalanacağı gün gələcək.    Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanın işğal altında qalan torpaqlarını nə yolla olursa olsun azad etmək imkanları böyükdür.  “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bütün amillər - güclərin nisbəti, beynəlxalq, iqtisadi-hərbi amillər bunu göstərir. Sadəcə olaraq, vaxt gedir. Sadəcə olaraq biz istəyirik ki, bu, tezliklə olsun. Ancaq bu, hərtərəfli və tam şəkildə olmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq” söyləməklə  Azərbaycanın birmənalı mövqeyinin dəyişilməz olduğunu diqqətə çatdıran dövlət başçımızın vurğuladığı kimi torpaqlarımız hansı yolla olursa olsun işğaldan azad ediləcək.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi