Xocalıdan yaddaş hekayəsi

    25 fevral 2020-ci il tarixində Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə “Xocalı soyqırımı" mövzusunda dəyirmi masa keçirildi. Məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən dəyirmi masada əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dəyirmi masada çıxış edən Uşaq birliyi rəhbəri Tünzalə Əhmədova Xocalı soyqırımının beynəlxalq ictimaiyyətdə tanınması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, görülən işlərdən danışdi. Şagirdlərin ifasında şeirlər, mahnilar, çıxışlar dinlənildi. Xocalıdan yaddaş hekayəsi - sənədli video çarxa baxdılar. Sonda cıxış edən direktor müavinləri  Leyla müəllim, Məlahət müəllim  Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən bütün məktəblərdə bu soyqırımına həsr edilən silsilə dərslərin keçirildiyini xatırlatdılar. Leyla müəllim  bu dərslərin böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət etdiyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi