Xocalı soyqırımina həsr olunmuş rəsm sərgisi

    24.02.2020 -ci il tarixində Etibar Əliyev adına 162 saylı tam orta məktəbdə Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunmuş rəsm sərgisi keçirildi. Şagirdlərin çəkdikləri rəsmlərdə erməni işğalçılarının törətdikləri vəhşiliklər və xalqını müdafıə edən qəhrəman əsgərlərimizin şücaəti öz əksini tapmışdır.

    Xocalı hadisəsini tariximizin faciəli səhifəsi, eyni zamanda vətənpərvərlik, qəhrəmanlıq rəmzi kimi qiymətləndirib: "Xocalı sakinləri bütün çətinliklərə baxmayaraq, son anadək öz yurd-yuvalarını tərk etmədilər, yüzlərlə insan şəhid oldu. İllər keçsə də, xalqımız bu günü daim xatırlayacaq, unutmayacaq. Bugünkü sərginin əhəmiyyəti ondadır ki, şagirdlərimiz bu faciəyə öz baxışlarını, münasibətlərini çəkdikləri rəsmlərlə bildirirlər. Xocalı hadisəsi baş verəndə bu uşaqlar heç dünyaya gəlməmişdilər. Amma onlar sərgiyə bu cür dəyərli rəsmlər təqdim ediblər. Sözsüz ki, bu rəsmlər onların Xocalı haqqında eşitdikləri, oxuduqları və müəllimlərinin verdikləri məlumatlar əsasında yaranıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi