Novruz bayramının mənşəyini, tarixini, adətlərini bilmək vacibdir

        Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün - Suyun, Odun, Yelin (havanın), Torpağın isinməsi, "dirilməsi" durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər. Həmin ayın hər çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələr yaranmışdır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri "dirilmişdir". İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Bunlar Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi adlanır.

Fevral ayının son həftəsinə düşən ilk novruz çərşənbəsinə hazırlıq necə gedir? Novruz bayramının mənşəyi, tarixi və adətlərini 2-ci sinif şagirdlərinə öyrətmək məqsədilə Jalə müəllim öz fidanları ilə Tədris Mərkəzində olublar. Burada şagirdləri novruz adətlərilə tanış ediblər.Bayramla bağlı bir çox adətləri şagirdlər özləri yerinə yetiriblər. Onlar  bayram səmənisini hazırlayıblar, bayram şirniyyatları hazırlayıblar, bayram tonqalı qalayıb üstündən hoppanıblar, keçəl və koşa ilə tanış olublar.

Novruz bayramı bizim ənənəvi bayramlarmızdan biridir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi