Pedoqoji şuranın növbəti iclası keçirildi

  E.Əliyev adına 162 nömrəli məktəbdə  fəaliyyət planına uyğun olaraq Pedaqoji Şuranın iclası keçirildi. İclasda məktəbin direktoru Nəzərova Arzu çıxış edərək qarşıda duran vacib məsələlərdən, monitorinq qiymətləndirmənin nəticələrindən, şagirdlərin dərsə davamiyyətindən, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin vacibliyindən danışıb.İclasda həmçinin I yarımilin yekunları, buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmənin nəticələri, Təhsil Nazirliyi tərəfindən tədris dili, riyaziyyat və xarici dil fənni üzrə V siniflərdə təşkil olunan monitorinqin nəticələri müzakirə olundu. Müəllimləri maraqlandıran suallar cavablandırıldı.Pedoqoji şurada dərs ilinin 1-ci yarımilində görülən işlər təhlil olundu.  2-ci yarımildə görüləcək işlər müəyyənləşdirildi.1-ci yarımildə məktəbin ictimai işlərində fəal iştirak edən müəllimlərə rəhbərlik tərəfindən "Təşəkkürnamə" verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi