1-ci sinif şagirdləri Planetarium mərkəzində ekskursiyada

Dərs dediyi sinifdə uşaqların fərdi istedadlarını və şəxsiyyət keyfiyyətlərini kəşf etmək onlarla maraqlı, əyləncəli tətil keçirmək üçün ibtidai sinif müəllimi Mədinə İsmayılova şagirdləri ilə birlikdə dulusçuluq, ebru, Planetarium mərkəzində ekskursiyada olmuşdur. Şagirdlər sənətkarlıq emalatxanasında əylənərək maraqlı vaxt keçirmişdilər. Burada uşaqlar ağac, gil, gips, mәrmәr, qranit və digər materiallar üzərində yaradılan sənət işləri ilə tanış olub, onlara bu peşə ilə məşğul olmağın yolları öyrədilib və geniş məlumat verilib. Həmçinin, uşaqlar özləri gildən müxtəlif formalar düzətməklə daxili istedadlarını üzə çıxarıb. Uşaqları ruhən dincəldən bu təcrübələr müəllimin gələcək dərslərində şagirdlərinə verəcək məlumatlarla sıx bağlıdır. Belə ki, şagirdlər gördüyü işlərlə bağlı layıhələr işləyəcək və esse yazı yazacaq. Peşəsinin vurğunu olan Mədinə müəllimə və onun fidanlarına yeni layihələrdə uğurlar arzulayırıq.