Layihə əsaslı əyləncəli tapşırıqlar

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir. Qış tətilinin maraqlı keçməsi üçün məktəbimizin ibtidai sinif müəllimləri şagirdlərə layihə əsaslı əyləncəli tapşırıqlarla bol olan tapşırıq nümunələri tapşırıblar. Şagirdlər tətildə əylənərək keçdikləri tapşırıqları təkrar edəcəklər və layıhə əsaslı əyləncəli tapşırıqlardan zövq alacaqlar.