6 A sinif şagirdi Elcanın kəşfi

   Dünyada gedən sürətli  elmi-texniki tərəqqi təbiət və texniki fənlərin tədrisində qabaqcıl təlim texnologiyalarının tətbiqini, təhsilverənlərin tədris düşüncəsinin qloballaşdırılmasını, fənlərin tədrisinin sinif otağından “çıxaraq”  beynəlxalq və regionlararası əməkdaşlıq üzərində tədris layihələri vasitəsilə qurulmasını zəruri edir. Bu baxımdan, son dövrün təhsil trendi olan STEAM metodikasının Azərbaycan təhsil sisteminə inteqrasiya edilməsi zərurəti var.Dərslərin STEAM əsaslı qurulması  üçün müəllimdən xüsusi bilik və bacarıqlar tələb olunur. Çünki layihələr, real həyat problemlərinin həlli üçün  seçilmiş üsullar nə qədər şagirdyönümlü olsa da, müəllim layihələrin planlanmasında və mərhələlərin düzgün icra olunmasına nəzarət etməkdə  şagirdlərlə birlikdə fəaliyyət göstərir, onların fəaliyyətini istiqamətləndirir. Xüsusilə, müəllim şagirdlərində  4C bacarıqlarının formalaşmasında birbaşa iştirak edir. STEAM təhsil mühitində uşaqlar bilik alırlar və dərhal onları istifadə etməyi öyrənirlər. Mühəndis-dizayn fəaliyyətləri, proqramlaşdırma, müxtəlif smart qurğularla iş, modelləşdirmə və prototipləşdirmə, layihə əsaslı öyrənmə şagirdlərin əhatəli yetişməsində, ətrafda baş verən hadisələrə və  problemlərin həll yollarına geniş spektrdən nəzər yetirməyə imkan verəcək.  Bu isə, öz növbəsində, gələcəkdə şagirdlərin özlərinin şüurlu şəkildə ixtisas və peşə seçiminə səbəb olacaq. Bunlar gələcəyin STEAM ixtisas və peşələrinə xüsusi qabiliyyətli şagirdlərin yönləndirilməsində vacib məqamlardır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi