20 Yanvar - Ümumxalq hüzn günü

  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovetlər İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 Yanvar faciəsi bütün dünyada böyük əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur.
Hər 20 yanvar faciəsinin ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir, bütün dövlət və hökümət müəssisələrində Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilir.

"20 Yanvar - Ümumxalq hüzn günü"nün 30-cu ildönümü ilə əlaqədar E.Əliyev adına 162 №li məktəbdə xüsusi dərslər keçirilir.
17 yanvar tarixində 20 yanvar faciəsi ilə bağlı məktəbin Gənclərin çağırışaqədərki hazırlığı fənninin müəllimi- hərbi rəhbər Sarvan Şirinovun rəhbərliyi ilə tədbir keçirildi. Məktəbin direktoru Arzu Nəzərova tədbirdə çıxış edərək, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş  tarixi hadisələrindən bəhs edərək bildirdi ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Qanlı Yanvar faciəsi ilə əlaqədar şagirdlərin çıxışları dinlənildi, tədbirlə əlaqədar hazırlanmış filmə baxıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi