Qənaət və israf

1) Sənə verilən pulu necə xərcləyirsən?
2) Qənaətin faydası nədir? Bu suallarla dərsini başlayan Səbinə müəllim 2-ci sinif şagirdlərinə Həyat bilgisi dərsində qənaət və israfın nə olduğunu öyrədib.Səbinə müəllimin fikrincə:
"Uşaqlarımızın qənaət tərbiyəsinə körpəlikdən başlamalıyıq. Başa salmalıyıq ki, israfçılıq dini baxımdan da günah sayılır. Uşaq yaşlarından ən böyük israfın zamanı boşa keçirmək olduğunu onlara aşılamalıyıq. Onlara öyrətməliyik ki, vaxtın səmərəli keçirilməsi ilə bütün istədiklərimizə nail ola bilərik. Beləliklə, cəmiyyətə faydalı, savadlı, intellektli gənclər yetişdirəcəyik. Hər cür potensiala malik Azərbaycan gəncinə də elə bu yaraşar. Sağlam və firavan bir gələcək üçün gəlin hamımız əlimizdən gələni edək. Atalarımızın dediyi kimi: “Güc birlikdədir!”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi