Uşaqların maraq dünyası

"Uşaqların maraq dünyası məni o qədər cəzb edir ki, sehrlənmiş kimi oluram"
Jalə müəllim öz fidan şagirdləri ilə təbiətin sirlərini öyrənirlər. Əylənərək öyrənmək şagirdlərin də lap ürəyincədir. Jalə müəllimin fikrincə Müəllimlik peşəsinin fanatı olmayan adamın bu sahədə işləməsi çətindir. O adamda bir neçə özəl xüsusiyyətlər birləşməlidir. İbtidai sinif müəlliminin böyük, geniş bilik dairəsi olmalıdır. Çünki biz ibtidai sinifdə yalnız hərfləri öyrətmirik. Bir çox elmlərin, akademik biliklərin bünövrəsini qoyuruq.