Müasir dövrdə zamanə ilə uzlaşmaq vacibdir

Bu gün Azərbaycan məktəblərində müasir müəllimlərə böyük ehtiyac duyulur. Yaşadığımız dövr elə bir dövrdür ki, hər bir nüansı müasir səviyyədə olmasını tələb edir. Müasir dövrdə zamanə ilə uzlaşmaq vacibdir. Hər sahədə yenilikləri tətbiq etmək digər insanlar üçün əlverişlidir. Bu sahələr sırasında müəllim sənəti də həmişə yeliklər tələb edən sənətdir. Şagirdlər - ümumilikdə hər bir öyrənci müəllimdən yeni metodika tələb edir. Psixologiya müəllimə hər zaman lazım olur, çünki müəllim öyrəncilərlə təmasda olduğu zaman psixoloji durumlarda necə hərəkət edəcəyini bilməlidir. Pedogika sahəsi müəllimin ən yaxın dostu olmalıdır. Məktəbimizin gənc ibtidai sinif müəllimi Rəna Mirzəliyeva təhsildə həmişə yeniliklər axtarışındadır. Rəna müəllimin fikrincə müəllim öz üzərində çalışmalı, yeni texnologiyaları mənimsəməlidir. Ənənəvi, klassik təlim metodlarını öyrənməlidir. Yaxşı müəllim keçəcəyi mövzunu daha gözəl izah edir, nəticələri əvvəldən görür, nə istədiyini bilir və mövzuya uyğun təlim metodları seçir. Bunlar da mövzunun daha gözəl mənimsədilməsinə gətirib çıxarır, həmçinin şagirdin dərsə olan marağını artırır. Fənni sevdirmək müəllimdən asılıdır. Şagird fənni sevirsə məktəbə də maraqla gələcək.Müəllim beynəlxalq təlimlərdə iştirak edib və sertifikat alıb, robotların proqramlaşdırılması, təhsildə tətbiqi və inteqrasiyası barədə biliklərə yiyələnib. 2019-cu ildə “First Lego League (FLL) Azerbaijan” mühəndislik və robototexnika yarışına qatılıb. Məktəbin "Sirius" şagirdlərdən ibarət komandasını yaradıb . “eTwinning Plus” layihəsinin üzvüdür.