Müasir müəllim necə olmalıdır?

  Müəllim xüsusi hazırlıq keçmiş və pedoqoji fəaliyyətlə peşəkarcasına məşğul olan insandır.Yalnız o, pedoqoji biliklərə  müvafiq olaraq hərəkət etməyi bacarır,öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.Bəzən el arasında müəllimi ikinci valideyn adlandırırlar. Müəllim elə bir şəxsdir ki, uşaq altı yaşına kimi valideynin himayəsində, altı yaşdan sonra həm valideynin,həm də müəllimin himayəsində olur. Bu baxımdan da müəllimin uşaqla olan təmasına xüsusi fikir verməli, uşaqlarla necə davranmaq lazım olduğunu bilməlidir. Müəllim üçün bir sıra sahələr var ki,onları bilməsi vacibdir.Məsələn, müəllim psixologiya sənətini bilməli, pedogika sahəsində bilikləri olmalı, idarəedici və təşkilatçılıq bacarıqlarına malik olmalıdır. Məktəbimizin ibtidai sinif müəllimi Leyla Əhmədova Sabir qızı da belə müəllimlərdəndir.O öz fidan şagirdləri ilə hər zaman axtarışlardadır.Leyla müəllimin fikrincə savadlı müəllim şagirdə hazır bilikləri  verməməli,onun beynində fikrin meydana gəlməsinə,yaranmasına kömək göstərməlidir. Müəllim  beynəlxalq “eTwinning Plus” layihəsinin üzvüdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi