Rəvan və Uğur "Təhsil Üçbucağı" verlişinin qonağı olublar

  Son illərdə dünya təhsil sistemində ən mühüm trendlərdən biri kimi aktuallıq  qazanan STEAM-təhsil müasir təhsil fenomeni kimi   peşəkar səriştələrə malik mütəxəssis hazırlığında  mühüm istiqamət kəsb etməkdədir.  Onun hədəfi şagirdlərdə yüksək mütəşəkkil  düşüncəni inkişaf etdirmək və əldə olunmuş biliklərin layihə təlimi vasitəsilə  təbii elmlər, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi fənlərdə səmərəli tətbiqinə nail olmaqdır.  Məktəblərdə STEAM şagirdlərə kommunikasiya,  komandada işləmək, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir. 

Məktəbimizin 6-cı sinif şagirdləri Rəvan və Uğur Az TV -də yayımlanan "Təhsil Üçbucağı" verlişinin qonağı olublar. Hər iki şagird STEAM layihəsində eksperimentlərin aparılmasında, modellərin hazırlanmasında fəallığı ilə  seçilirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi