“İstedadlar sorağında” Renata Sultanova

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Arzu Nəzərova hər kəsi salamlayaraq 13 yaşlı Renatanın istedadından söz açıb.Daha sonra 7-ci sinif şagirdi gənc şair –Renata təqdim olunan kitab haqqında ətraflı məlumat verib: "Mənim şeirə böyük marağım var. Valideynlərim və yaxınlarım kitabın işıq üzü görməsində mənə böyük dəstək oldular. Mən uşaqlıqdan şer oxumağı sevirdim. Daha sonra yavaş-yavaş özüm yazmağa başladım. Əvvəllər ətrafdakılara yazdıqlarımı oxumağa utanırdım. Daha sonra şerlərimi yaxınlarımla paylaşmağa başladım. Hər kəs yazdıqlarımı çox bəyənirdi. Mən artıq növbəti kitab haqqında düşünürəm.” Bədii hissə ilə davam edən mərasimin sonunda Renatanı məktəbin şagird və müəllim kollektivi təbrik edib ona gələcəkdə uğurlar arzulayıb.