31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olundu

29 dekabr 2019-cu il tarixində məktəbdə “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il münasibəti ilə tədbir keçirildi. Tədbirdə məktbəbin müəllim, şagird kollektivi, valideynlər iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Əvvəlcə tədbirin aparıcısı Azərbaycan diasporasının yaranması və diasporanın gördüyü işlərdən söhbət açdı. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurət və mənəvi ehtiyaca çevrilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi