Ulu Öndər, böyük Azərbaycanlı Heydər Əliyevin anım günü qeyd olundu
9 dekabr 2019-cu il tarixində məktəbin akt zalında Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə “Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır” adlı tədbir keçirildi. Dahi liderin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutdan sonra məktəbin tarix müəllimi Gülbəniz Abbasova çıxışı zamanı müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğısından danışdı. Sonra şagirdlərin iştirakı ilə H.Əliyevə həsr olunmuş şeirlər söylənildi, mahnılar ifa olundu. Bundan başqa məktəbin foyesində ulu öndərin həyatının müxtəlif dövrlərini əks etdirən foto şəkillərdən ibarət sərgi nümayiş etdirildi.