Bakıda Almaniya xarici məktəblər üzrə mərkəzin 2-ci uşaq universiteti tədbiri

9 dekbar tarixində Göygöl və Bakıdan 40 şagird 19-cu əsr Alman-Azərbaycan tarixini araşdırmaq üçün Bakı milli tarix muzeyini ziyarət etdilər. Almaniya Səfiri Mixael Kindsqrab və Almaniya xarici məktəblər üzrə mərkəzinin rəhbəri Aleksandr Eşer tədbirin açılışını etdikdən sonra professorlar Abdullayev, Dr. Ağasıyev və Dr. Verdiyeva kiçik təqdimatlar etdilər. Bundan sonra şagirdlər tarixlə bağlı axtarşı tapşırıqları olan iki qrupu bölündülər və muzeydə ilk kəşf səyahəti keçirdilər. Yekunda ekspertlərin təqdimatında keçirilən təlimatlar şagirdlərin tarixi biliklərini daha da dərinləşdirməyə kömək etdi. Növbəti mərhələdə şagirdlər Göygöl və milli muzeydə apardıqları araşdırmaların nəticələrini plakatlara həkk etdirdilər və təqdim etdilər
. Hər altı komandanın nəticəsi heyrətamiz oldu.