"Bayraq günü"nə həsr olunmuş tədbir

Noyabrın 7-si liseydə “Bayraq günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbiri liseyin ibtidai sinif şagirdləri təşkil etmişdi. IIa sinif şagirdlərinin biri-birindən maraqlı çıxışları hamını heyran etdi. Onların vətənə, bayrağa olan məhəbbətləri söylədikləri şeirlərdə aydın hiss olunurdu. Tədbirdə Ulu öndər Heydər Əliyevin bayraq haqqında dediyi “ Bayrağımız qürur mənbəyimizdir” sözləri xatırladıldı. Tədbirin sonunda liseyin direktoru Aynurə Hacıyeva uşaqları təbrik etdi, onlara dərslərində uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi