Bülbülün və Ş. Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş tədbir

Yeni tədris ilinin növbəti tədbiri möhtəşəm ifa tərzinə, geniş səs diapazonuna malik, Azərbaycanın mədəniyyət və incəsənət tarixinə adını qızıl hərflərlə yazdıran Bülbül və Şövkət Məmmədovanın yubileyi ilə əlaqədar oldu. Təbii ki,bu, təsadüf deyil. Ölkəmizin musiqi məkanında bir çox ilklərə imza atmış şəxsləri dəyərləndirmək, onları təbliğ etmək, yetişməkdə olan gənc nəslin musiqi zövqünü düzgün istiqamətləndirmək bir təlim-tərbiyə ocağı olaraq bizim vəzifə və vətəndaşlıq borcudur. Bu işdə məktəb rəhbərliyi, müəllim kollektivi, eləcə də şagirdlərimiz böyük həvəslə çalışır.Tədbirin açılışında milli musiqimizin yaradıcısı olan Ü. Hacıbəylinin xatırlanması əbəs deyil. Bülbül, Ş. Məmmədova kimi dahi şəxsiyyətlərin yetişməsində Ü. Hacıbəylinin rolu danılmazdır.Tədbirin aparıcısı IXa sinif şagirdi Kazımov Əli Bülbülün həyat və yaradıcılığı haqqında geniş məlumat verdikdən sonra onun ifa etdiyi əsərlərdən, oynadığı rollardan bəhs edən videorolikə baxdıq. Bülbülün əsrarəngiz ifasında gözəl bir sənət əsərinə qulaq asdıq. İnsanın ruhunu oxşayan, qəlbini riqqətə gətirən bu ifadan ayrılmaq o qədər də asan deyildi.Tədbirimizin ikinci hissəsi Ş. Məmmədovaya həsr olunmuşdu. Ş. Məmmədovanın səhnəmizin ilk qaranquşu olması və o zaman hansı çətinliklərə tab gətirməsi, hətta həyatının təhlükə altında olmasını dərindən dərk edib onunla bir daha fəxr etdik. Liseyin IXa sinif şagirdi Mirzəyeva Məleykənin ifasında yubliyarımızın repertuarından musiqi və ariyalara qulaq asdıq. Va sinif şagirdi Bayramlı Rəsulun skripkada ifası tədbir iştirakçılarının zövqünü oxşadı. Bağırov Ümid və Murtuzəli Leylinin ifasında gözəl rəqs nümunəsini izlədik. VIIIa sinif şagirdi Həsənzadə Aynurun Ş. Məmmədovanın həyat və yaradıcılığından bəhs edən çıxışını dinlədik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi