Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş seir müsabiqəsi

Oktyabrın 13-də 16 saylı Texniki Humanitar Liseydə Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirildi. İlk öncə məktəbin ədəbiyyat müəllimi İlhamə Cabbarova Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını qeyd etdi. Daha sonra şairin həyat və yaradıcılğı haqqında geniş məlumat verərək bildirib ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib. Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdən olub.Daha sonra lisey şagirdlərinin ifasında şairin şeir və qəzəlləri dinlənilib.Müsabiqədə məktəbin direktoru Aynurə Hacıyeva, ədəbiyyat müəllimləri Gülmirə Hüseynova, İlhamə Cabbarova, münsiflər heyətini təmsil edərək, şagirdlərin ifalarını 10 ballıq sistemlə qiymətləndiriblər. Şagirdlərdən Mirzəyeva Məleykə, Kazımov Əli və Allahverdiyeva Zeynəb fərqləndiklərinə görə təltif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi