VƏTƏNİN MÜDAFİƏSİNƏ HAZIRAM

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında duran əsas məqsədlərdən biri də yeniyetmələrin və bütünlükdə yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsidir. Bu üzdən "Vətənin müdafiəsinə hazıram" mövzusunda I Ümumrespublika rəsm müsabiqəsi keçirildi. Müsabiqəyə Azərbaycanın bütün regionlarından, o cümlədən liseyimizdən şagirdlər qatıldı. Şagirdlər Vətənpərvərlik haqqında bir-birində maraqlı rəsmlər nümayiş etdirdilər. Bu rəsmlər içərisində fərqlənənləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti kitab şəklində nəşr etdirdi və qaliblərə hədiyyə verdi. Liseyimizin şagirdləri də bu müsabiqədə özlərini layiqincə təmsil etdilər. V sinif şagirdi Tahirov Valeh və X sinif şagirdi Şirəliyeva Aytac bu müsabiqənin qalibləri sırasındadır. Onların rəsmləri bu kitabda nəşr olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi