Qızıl Nişan təqdim olundu.

Bu gün liseyi bu gün bitirmiş 11 - ci sinif şagirdi Kazımov Əli Oktay oğluna Azərbaycan Respublikası Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Xüsusi nümunəli dövlət nişanı təqdim olundu.Qeyd edək ki,qızıl və gümüş nişana namizədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2010 - cu il 14 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş"Ümumu təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və gümüş nişanla təltif olunma qaydasına"əsasən müəyyənləşdi - rilir.2019 - 2020 ci il məzunu Kazımov Əli də təhsil aldığı müddətdə nümunəvi intizamı,yüksək nailiyyətləri ilə bərabər sininfdənkənar və məktəbdən xaric tədbirlərdə yarışma və müsabiqələrdə fəal iştirak etmiş,uğurlu nəticələri ilə kollektivi sevindirmişdir.Sevindirizi haldır ki,Əli iki il ardıcıl olaraq"Sabahın alimləri"Resbuplika müsabiqəsində biologiya nominasiyası üzrə iştirak etmiş,10 - cu sinifdə oxuyarkən müsabiqədə III cü yerin qalibi olmuş və bürünc medala sahib olmuşdur.K.Əli bu ilki qəbul imtahanlarında da yüksək nəticə göstərərək ADU Tibb fakültəsini dövlət sifarişi əsasında qazanmışdır.Azu edirik ki,Əli gələcəyin savadlı həkimi kimi daha böyük uğurlara imza atsın.Onu həmişə liseyin fəxri məzunları sırasında görək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi