Tədris ilinin ilk dərsləri

2020 - 2021 - ci dərs ilinin ilk dərs gününü lisey ibtidai sinif şagirdləri ilə qarşıladı.Yalnız 1 - ci və 2 - ci sinif şagirdləri bügün liseyə gəldilər,əvvəlcə məktəbin həyətində sosial məsafə saxlanılaraq çəkilmiş kvadrat çərçivənin içərisində dayandılar.Məsafəni qoruyaraq 1a, 1b,1c və 2a sinif şagirdlərini sinif müəllimləri siniflərə istiqamətləndirdilər.Şagirdlər liseyin hər iki giriş qapısından hərarəti ölçülərək növbəli şəkildə buraxıldılar. 8:30 da başlayan ilk dərslərimiz "Gİgiyena qaydalarına necə əməl edirəm" mövzusuna həsr olundu.10 dəqiqəlik tənəffüslərdə şagirdlər məktəbin həyətində açıq havaya çıxarıldılar.Tənəffüs zamanı xüsusi karantin dövründə davranış qaydalarına həsr olunmuş maarifləndirici audioçarxlar səsləndirildi.