2019-2020-ci tədris ilinin onlayn dərsləri

         COVİD-19 infeksiyasının yayılması ilə əlaqədər elan olunmuş pandemiya və xüsusi karantin rejimi səbəbindən 2019-2020-ci tədris ilinin ikinci yarımilində mart ayının 3-dən etibarən liseydə təlim-tədris fəaliyyəti dayandırılmışdır. Şagirdlərin təhsildən geri qalmaması üçün Təhsil Nazirliyi teledərslərə start vermiş ,müəllimlərimiz isə müxtəlif kompüter proqramları vasitəsilə onlayn dərslər keçmişlər.Teledərslərin şagirdlər tərəfindən izlənməsi ,onlayn dərslərə qoşulması sinif rəhbərlərinin ,rəhbərliyin nəzarətində olmuşdur. İstər Zoom,istər Whatsapp,istərsə də Teams proqramları ilə müəllimlər və şagirdlər həvəslə onlayn dərslərə qoşulmuşlar.Müəllimlərdən X.Əliyeva , S.Orucova , G.Hüseynova , İ.Cabbarova ,T.Məcidova , N.Əliyarova , R.Məmmədov və s. xüsusi olaraq fərqlənmişlər.Virtual dərslər yeni və gözlənilməz olsa da müəllimlərimiz bütün çətinliklərə qalib gəldiklərini sübut etmişlər.Sevindirici haldır ki,yeni tədris ilində  təhsilin onlayn şəkildə təşkilində artıq mükəmməl təcrübəmiz var.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi