"Arşın mal alan" tamaşası

6 mart 2015-ci il tarixində 159 nömrəli tam orta məktəbin 9 Ç sinfinin şagirdlərinin ifasında Ü.Hacıbəyovun “Arşın mal alan” komediyası səhnələşdirilmişdir. Şagirdlərin fəallığı ilə tamaşa 159 nömrəli tam orta məktəbin dil-ədəbiyyat üzrə metodbirləşmə sədri, eyni zamanda 9 Ç sinfinin dil-ədəbiyyat müəllimi Natiqə Mustafayeva tərəfindən yüksək səviyyədə təşkil olunmuşdur. Tamaşada Quliyev Orxan Əsgər bəy, Hüseynova Sevinc Cahan xala, Hüseynli Qətibə Asya, Hacızadə Hökümə Telli, Hüseynova Məleykə Gülçöhrə, Bayramov İbrahim Vəli, Beydullayev Murad Soltan bəy rolunda çıxış etmişlər. Tamaşaya məktəbin müəllim-şagird kollektivi ilə yanaşı valideynlər də dəvət edilmişdilər. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılandı və sürəkli alqışların müşayiəti ilə başa çatdı. Tamaşadan sonra 159 nömrəli tam orta məktəbin direktoru Vahid Xəlilov çıxış edərək tamaşanı yüksək qiymətləndirdi və bu işdə əməyi olan müəllim və şagirdlərə dərin təşəkkürünü bildirdi. Vahid müəllim belə tamaşaların səhnələşdirilməsini bir ənənəyə çevirməyi tövsiyə etdi. O, belə tədbirlərin şagirdlərin mənəvi tərbiyəsində böyük rolu olduğunu xüsusi vurğuladı. Daha sonra söz valideynlərə verildi. Onlar da öz növbəsində şagirdlərin asudə vaxtlarını dəyərləndirdiyinə və mənalı keçirdiyinə görə rəhbərliyə və tamaşanın hazırlanmasında zəhməti olan müəllimlərə təşəkkür etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi