Sevgi təzahürü

Bakı şəhəri Saleh Poladi adına 159 №-li tam orta məktəbin 7 C sinif şagirdi Xankişiyeva Aytac Ataş qızının "Azərbaycan müəllimi" qəzetində "Sevgi təzahürü" adlı məqaləsi çap edilmişdir. Aytac kənddə yaşadığı bir günü hekayədə təsvir etmişdir. Həmin məqaləni sizə təqdim edirik: Gecədir. Küləkli,şaxtalı bir qış gecəsi. Belə gecələrdə xəyallar aləminə qərq olmağı sevirəm.Gah uşaqlıq illərimin ən gözəl anlarını xatırlayır,gah da gələcəklə bağlı xəyallar qururam.Bu gecə isə otağımda oturub ailəmizlə çəkdirdiyim şəkilləri tökdüm qarşıma.Onların hər biri gözəl,şirin əhvalat danışır mənə.Hər biri qəlbimdə xoş ovqat,üzümdə təbəssüm oyadır.Bu dəfə diqqətim daha çox bir şəklin üzərində dayandı: Bax bu mehriban baxışlı sadə insan mənim atamdır,məndən sağda dayanan qardaşım Heydər,sol tərəfimdəkilər isə dayım qızları Gülrux və Gülsümdür. Deyəsən,onlar “ ciddi bir problem” həll edirlər.Bu incik baxışlı,başını aşağı salsa da, nəzərlərini düz obyektivə dikmiş qız isə mənəm.”Uşaqlıqda nə məzəli olmuşuq!” –düşünərək gülümsədim.Haqqında söhbət açacağım əhvalat elə bu şəkli çəkdirdiyimiz gün baş vermişdi. Yay fəsli idi. İstirahət üçün kəndə,babamgilə getmişdik.Dayım da öz ailəsi ilə orada qalır.O zaman mənim üçün çox möhtəşəm görünən bu evdə maraqlı günlər keşirir,müxtəlif oyunlar oynayır,ağaca dırmaşır,deyib-gülür,küsüb-barışırdıq.Mən qardaşım və dayım qızları ilə pəncərəsi bağa açılan,divarları aciq-yaşıl boyalı otaqda qalırdıq.Pəncərədən otağımıza bağdakı qızılgüllərin,yasəmənlərin ürəkaçan,xoş qoxusu gəlirdi.İndi də bu sətirləri yazarkən,sanki,həmin ətri duydum,dərindən nəfəs alaraq ciyərlərimə çəkdim. Həmin gün, adəti üzrə,böyüklər tezdən oyanmışdılar. Hər kəs bir işlə məşğul idi.Biz isə hələ şirin-şirin yatırdıq.Arabir nənəm içəri girərək bizi əzizləyə-əzizləyə yuxudan oyatmağa çalışırdı.Biz isə onun səsini eşitsək də ,yerimizdən durmaq istəmirdik.Bu dəfə babam ucadan səsləndi: ”A bala,bu qədər yatmaq olar? Tez düşün aşağı! “ Əslində,babam mülayim insandir.Amma nədənsə.biz ondan çəkinirdik.Odur ki, yubanmadan aşağıya endik. Səhər süfrəsi,həmişəki kimi,zəngin idi.Nələr yox idi burada? Təzə qaymaq,yağ,süd,bal,motal pendiri,yumurta,nənəmin bişirdiyi dadlı təndir çörəyi.Bir tərəfdə də samovar pıqqapıqla qaynayırdı.Səhər yeməyini yedikdən sonra uşaqlarla oynamağa getdim.Sonra dayım fotoaparatı gətirib şəklimizi çəkməyə başladı.Yeri gəlmişkən,deyim ki,sevdiyim insanlarla şəkil çəkdirməyi çox sevirəm.Çünki şəkildəkilər heç yerə getmirlər,həmişə yanında olurlar.İstəyirəm,həyatda da belə olsun,hər zaman sevdiklərimlə bir yerdə olum. Nə isə,oynamaqdan doymurduq.Bu oyunlar zamanı yıxılırdıq da,küsüşürdük də,amma tezcə də hər şeyi unudub yenidən əylənir,şənlənirdik. Nəhayət,nahar zamanı gəldi.Anam ləzzətli “üç bacı” dolması bişirmişdi.Ətri aləmi bürümüşdü.Heyifsiləndim ki,atam burda yoxdur.O,səhər tezdən yaxın kəndlərdən birinə getmiş,hələ gəlib çıxmamışdı. Böyüklər yemək yeyə-yeyə təsərrüfat işlərindən,bu ilin ruzi-bərəkətli olmasından,məhsulun yaxşı gətirməsindən həvəslə danışırdılar.Süfrənin ortasına qoyulmuş iri qablar tamamilə boşalmışdı.Fikirləşdim ki,bəs atam gələndə nə yeyəcək? Niyə heç kim onu düşünmədi? Qərara aldım ki,öz payımı yeməyib atama saxlayım.Hər kəsin başı söhbətə elə qarışmışdı ki,mənim ac qalmağımdan xəbərləri olmadı. Yenidən uşaqlarla oynamağa getdim. Aclığımı unutmağa çalışırdım.Amma qarnımın qurultusu buna imkan vermirdi. Təxminən yarım saat keşmişdi ki,atam gəlib şıxdı.Mən tez gizlətdiyim yeməyi gətirib atamın qarşısında dayandım.O,təəccüblə soruşdu:- Bu, nədir, qızım?Mən də cavab olaraq:- Yeməkdir də,ata, - dedim, - hamı yedi, sənə heç nə qalmadi.Mən də öz payımı saxladım ki, gələndə yeyəsən. Birdən qəhqəhə səsləri yüksəldi. Mənim sözlərim və hərəkətim böyüklərin gülüşünə səbəb olmuşdu.Sən demə,atamın payını ayırıb saxlayıbmışlar. Mən isə sadəlövhcəsinə düşünmüşdüm ki,hər kəs atamı unudub. Gözlənilməz gülüşdən özümü itirmişdim.Pərtlikdən yanaqlarımın qızardığını hiss edirdim. Tez başımı aşağı salıb incik halda otaqdan çıxdım.Yuxarı qalxıb otağımızın pəncərəsi önündə səssizcə oturdum. Yamanca kövrəlmişdim. Öz-özümə düşünürdüm:” Axı onlar niyə mənə gülürlər?! Mən məgər gülünc iş tutmuşam?!” Elə bu fikirlərdə ikən atam yanıma gəldi və məni qucağına alaraq:”Mənim düşüncəli qızım,atasının qayğısına qalan qızım”,- deyə bağrına basdı. Bir andaca incikliyimi unutdum.Atamın boynuna sarıldım.Çox keçmədi ki,anam da ,nənəm də, bir sözlə,hər kəs gəldi. Məni tərif yağmuruna tutmuşdular. Anam məni qucaqlayıb öpdü: ”Qızımın nə böyük ürəyi var imiş!” Nənəm dedi:”Görün mənim nə ağıllı nəvəm var! Gəl,nənə qurban,gəl gedək,şörəyini ye”. Babam nəvazişlə başımı sığalladı. Anladım ki,incikliyim əbəs imiş.Bu gülüşün özü də elə sevginin təzahürü imiş. Bu əhvalat sevgi dolu ailə romanından, sadəcə, bir epizod idi. İnşallah, hələ neçə- neçə şirin,mənalı,məzəli əhvalatlar yazılacaq bu romanın səhifələrinə. Belə gözəl ailəm olduğu üçün Allaha şükür edirəm!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi