"Bayraq mənim kimliyimdir"

Məktəbdə 9 Noyabr "Bayraq günü"nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət "Bayraq mənim kimliyimdir" adlı sərgi nümayiş olunmuşdur. Şagirdlər əl işlərində bayrağın üç rənginə üstünlük vermişdilər. Həmçinin məktəbdə "Bayraq günü"nə həsr olunmuş 5-9- cu sinif şagirdləri arasında futbol yarışı keçirilmişdir. Qalib gələn komanda Diplom ilə təltif olunmuşdur. Bundan əlavə məktəbdə 8-ci sinif şagirdləri arasında "Bir kərə yüksələn bayraq bir daha enməz" adlı bilik yarışı keçirilmişdir. Yarışda 5 komanda iştirak etmişdir. Şagirdlər onlara verilən sualları fəallıqla cavablamışlar.
Məktəbin bütün sinif divar qəzetləri 9 Noyabr "Bayraq günü"nə həsr olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi