Şəhidlər ölməz vətən bölünməz

11 aprel 2016-cı il tarixində Nəsimi rayonu Saleh Poladi adına 159 N-li tam orta məktəbdə “Şəhidlər ölməz, vətən bölünməz” başlığı altında tədbir keçirildi. Məktəbin müəllim, şagird və valideyn kollektivi əsgərlərimizə dəstək olaraq məktəbin həyətində toplaşaraq Ermənistanın Azərbaycana qarşı silahlı təxribatı nəticəsində həlak olan igid əsgərlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Tədbiri məktəbin direktoru Xəlilov Vahid açıq elan etdi. O, öz məruzəsində qeyd etdi ki, vətənimizi qorumaq hər bir azərbaycanlının borcudur, bizim hər birimizin arzusu Qələbədir, işğal olunmuş torpaqlarımızın azad olunmasıdır. Sonra Qarabağ müharibəsinin iştirakçısı çıxış edərək son günlərdə ermənilərin məhv edilərək geri çəkilməsini söylədi. Məktəbin hərbi müəllimi çıxışında bildirdi ki, bütün Azərbaycan Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir ki, xain erməniləri doğma torpağımızdan qovsunlar. Biz torpağımızı qorumağa həmişə hazırıq. Dövlətimizin güclü və qüdrətli ordusu var. Azərbaycanın apardığı müharibə ədalətli və haqq işidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi