“Narkomaniya - bəşəriyyətin bəlasıdır”

Narkomaniya ilə mübarizə məqsədi ilə uşaq və yeniyetmələrin məlumatlandırılması və maarifləndirilməsinin vacibliyindən, sağlam gənclərin yetişdirilməsi məqsədilə bu gün Bakı şəhəri Nəsimi rayonu Saleh Poladi adına 159 N-li tam orta məktəbdə “Narkomaniya - bəşəriyyətin bəlasıdır” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayonu Polis İdarəsinin rəis müavini Polis polkovnik - leytenant Mehman Əliyev, rəis köməkçisi Polis polkovnik - leytenant Vüsal Rüstəmov, Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Polis mayoru Firdovsi Əsədli, İcra Hakimiyyətinin Narkotika ilə Mübarizə Komissiyasının katibi Vəfa Həsənbəyli iştirak ediblər. Qonaqları təqdim etdikdən sonra məktəbin direktoru Vahid Xəlilov tədbiri açıq elan etdi. Çıxışlarda narkotikanın insan orqanizminə, sağlamlığa, mənəviyyata vurduğu zərərlərdən, narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, həyata keçirilən profilaktik tədbirlərdən danışılıb, bu dəhşətli bəlanın yayılmasının qarşısının alınması üçün hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilib. Narkomaniya cəmiyyətin düşmənidir. Tədbirdə əyani vasitələr geniş istifadə edilib, sənədli film göstərildi, həmçinin rəsm sərgisi, plakatlar, kitab sərgiləri təşkil olunub, sonra şagirdlərlə diskussiya aparılıb. Sonda 8-ci sinif şagirdləri “Narkotikaya yox deyək” adlı kiçik səhnəciklər nümayiş ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi