31 Mart - Azərbaycanlıların Soyqırım Günü

Martın 31-də Bakı şəhəri Nəsimi rayonu Saleh Poladi adına 159 N-li tam orta məktəbdə “31 Mart Azərbaycanlıların Soyqırım Günü” nə həsr olunmuş “Tariximizi unutmayaq!” devizi altında bir sıra tədbirlər keçirildi. Hər bir sinif əvvəlcədən Mart soyqırımına həsr olunmuş divar qəzetləri hazırlamışdı. İlk dərs saatlarında müəllimlər Mart hadisələri haqqında şagirdlərə geniş məlumat verərək, onları baş verən faciənin müzakirəsinə cəlb etdilər. Məktəb rəhbərliyi, müəllimlər və 9-11-ci sinif şagirdlərinin iştirakı ilə məktəbdə geniş tədbir keçirildi. Məktəbin direktoru Xəlilov Vahid tədbiri açıq elan edərək faciə zamanı həlak olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Daha sonra faciənin Azərbaycan xalqının qan yaddaşında əbədi həkk olunduğunu, tariximizdə baş vermiş bu qanlı hadisələri təfərrüatları ilə bilməyin və yadda saxlamağın vacib olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Məktəbin tarix müəllimi Şirəliyev Vüsal öz çıxışında konkret faktlar gətirməklə həmin günlərdə Azərbaycanın bir sıra bölgələrində baş vermiş faciələr haqqında məlumatı iştirakçıların nəzərinə çatdırdı. Daha sonra şagirdlər çıxış edərək həmin hadisələrə öz münasibətlərini bildirdilər. Tədbirdə eyni zamanda şagirdlərin iştirakı ilə səhnəciklər göstərilərək xalqımızın dərdini, qələbə əzmini ifadə edən şeirlər söylənildi, Mart soyqırımını əks etdirən slaydlar nümayiş etdirildi. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbimizdə pedaqoji təcrübədə olan tələbələri də iştirak etdilər. Məktəbdə həmçinin “31 Mart Soyqırım Günü” nə həsr olunmuş “Şahmat turniri” də keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi