"Novruz xoş gəlib yurdumuza"

Hər il xalqımız böyük təntənə ilə qədim “Novruz bayramı” nı qeyd edir. Novruz - təzə ili, baharı qarşılamaq deməkdir. Novruz bayramı - ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan bu bayram bu gün Nəsimi rayonu Saleh Poladi adına 159 N-li tam orta məktəbdə qeyd olunub. Şənlikdə məktəbin müdiriyyəti, sinif müəllimləri, valideynlər iştirak etdilər. 3-cü sinif şagirdləri öz rəqsləri, səhnəcikləri və möhtəşəm çıxışları ilə hər kəsi heyran etdilər. Bayramın personajları Bahar qız, Kosa, Keçəl öz rəngarəng söhbəti ilə şənliyi daha da maraqlı etdilər. Tədbirin sonunda məktəbin direktoru Vahid Xəlilov çıxış edərək, bütün tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi