“Məndə sığar iki cahan”

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin sərəncamına əsasən 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilib. Bununla əlaqədar 1 nömrəli Uşaq –Gənclər İnkişaf Mərkəzi və Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə keçirilən görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan” adlı  müsabiqə keçirilmişdir.  Müsabiqədə məktəbin 8d sinif şagirdi Bilalova Türkan fəal iştirakına görə Təşəkkürnamə ilə təltif olunub. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi