“Yaşa, çiçəklən doğma Azərbaycan”

Məktəbdə 28 May Respublika Gününə həsr olunmuş “Yaşa, çiçəklən doğma Azərbaycan” adlı tədbir keçirildi. Tədbirdə çıxış edən tarix müəllimləri xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gün olduğunu qeyd etdilər. 1920-ci ildə itirilmiş müstəqilliyimizin 1991-ci ilin oktyabrında ikinci dəfə bərpa edilməsindən və Ümmumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycan müstəqilliyinin yeni mərhələyə qədəm qoymasından danışıldı. Çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı. Tədbirdə iştirak edən məktəbin şagirdləri  Respublika gününə aid şeirlər söylədilər.  Sonda şagirdlər Xalq Cümhuriyyətindən bəhs olunan videoçarxa baxdılar. Bu videoçarxda demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı  olmayaraq bütün vətəndaşların bərabər hüquqların tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizamlı, milli ordunun və s. Xalq Cümhuriyyətinin yürütdüyü siyasət göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi