“Oxuyub anlama bacarıqlarını inkişaf etdirək”

Nəsimi rayonu Saleh Poladi adına 159 N-li tam orta məktəbdə 15 mart 2016-cı il tarixində 4-cü siniflərdə şagirdlərin “Oxuyub anlama bacarıqlarını inkişaf etdirək” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin psixoloqu Yeganə Vahidova açdı. Tədbirdə şagirdlərin çıxışları dinlənildi. Hər bir şeir, lətifə və hekayələrdə şagirdlərin mövzuya olan fikirləri açıqlandı. Mövzuya münasibət bildirildi. Vətən haqqında şeirdə vətənə məhəbbət, dostluq haqqında hekayədə dostun-dosta sədaqəti, Novruz bayramı haqqında şeirlərdə milli adət-ənənələrimiz açıqlandı. Tədbir şagirdlərin kitaba məhəbbəti, oxuduqlarını anlayıb dərk etmək bacarığının aşılanması məqsədi daşıyırdı. Tədbirdə məktəbin direktoru V.Ə.Xəlilov, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, müəllimlər və kitabxana işçiləri iştirak etmişdir. Tədbirin sonunda məktəbin direktoru Vahid Xəlilov tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi