“Ətraf mühitin mühafizəsi hamının borcudur”

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən 11 mart 2016-cı il tarixində Saleh Poladi adına adına 159 N-li tam orta məktəbdə “Ətraf mühitin mühafizəsi hamının borcudur”, “Yeni yaşıllıqların salınmasında və mühafizəsində gənc nəslin rolu”, “Şəhərimizi təmiz saxlayaq” mövzularında seminar keçirilib. Məktəbin direktoru Vahid Xəlilov, tərbiyə işləri üzrə direktor müavini Nərminə Aşurova , biologiya müəllimləri, VII-IX sinif şagirdləri iştirak ediblər. Mühazirəçilər - Ekologiya və Təbii Sərvətlər Departamentinin baş məsləhətçiləri Nazim Məmmədov və İlqar Məmmədov idilər. Seminarda ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və ondan səmərəli istifadə edilməsi haqqında danışıldı. Seminarın məqsədi şagirdləri “Ətraf mühitin mühafizəsi hamının borcudur” mövzusunda maarifləndirmək xarakteri daşıyırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi