"Kim olmaq istərdim" mövzusunda keçirilmiş seminar

Nəsimi rayonu Saleh Poladi adına 159 N-li tam orta məktəbin zalında 10 mart 2016-cı il tarixində Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin əməkdaşları: kafedra müdiri Fariz Əhmədov, Layihələr və xarici tələbələr üzrə menecer Fəxri Məmmədov X-XI sinif şagirdləri ilə görüş keçiriblər. Görüşdə İqtisadiyyat Universiteti haqqında geniş məlumat verildi. Şagirdlərdə maraq yaradan suallar qonaqlara ünvanlandı. Suallara verilən maraqlı və elmi cavablar gələn qonaqları məmnun etdi. Tədbirdə məktəbin direktoru Vahid Xəlilov, fənn müəllimləri iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi