"Dahi rəhbər"

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar məktəbdə tədbirlər planı hazırlanmışdır. Bütün siniflərdə "Dahi insan" mövzusunda təşkilat saatları keçirilmiş, məktəb üzrə bütün siniflərdə divar qəzetləri həmin mövzuya həsr olunmuşdur. Eyni zamanda məktəbdə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam", "Dahi rəhbər" mövzularında inşa yazı müsabiqəsi keçirilmişdir.
Bu gün məktəb üzrə 1-ci dərs saatları Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuşdur. Sonda məktəbdə "Dövlətimizin banisi" adlı tədbir keçirilib. Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif mərhələləri əks olundu. Şagirdlər böyük sevgi ilə şeirlər söylədilər. Tədbirin sonunda "Biz Heydər babanın nəvələriyik" mahnısı səsləndi.
Ümummilli lider Heydər Əliyev daima xalqın qəlbindədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi